30 ölkə koronavirusa görə kütləvi aclıqla qarşılaşa bilər - BMT

"Bəşəriyyət koronavirusun yayılmasına görə "İncil miqyaslı” aclıqla qarşılaşa bilər"...

PİA.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Brisli deyib.

O, bir neçə ay sonra 30 ölkənin kütləvi aclıqla qarşılaşa biləcəyini proqnozlaşdırıb.

Direktor belə ölkələri humanitar yardımla fasiləsiz təmin etməyin vacibliyini vurğulayıb:

"İndi başlamasaq, onda biz doğrudan da bir neçə ay sonra “İncil miqyaslı” aclıqla üzləşə bilərik". (Yenisabah.az)

pia.az