Sumqayıtda bədbəxt hadisə: Fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az