Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb -Yenilənib

Qatar ləngiyib...

"Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib".

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA-ya verilən xəbərə görə, elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.

Təcili bərpa işlərinə başlanılıb.

***

Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb.

APA-nın xəbərinə görə, Sumqayıdan saat 8.10-da çıxan qatar saat 8.17-də dayanıb. Maşinist qatarda texniki nasazlığın olduğunu bildirib.

Ləngimə təxminən bir saat çəkib.

pia.az