Lənkəranda 3 yaşlı uşağı avtomobil vururaq öldürüb

Lənkəranda azyaşlını avtomobil vurub...

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də saat 8 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini, 3 yaşlı Amili vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

pia.az