“Həmin villalar bizim daha çox soyunanlara, şıllaq atanlara pərəstişimiz nəticəsində əldə olunub”

“Qlobal karantin şou-biznes əhlinin (artistlər və idmançılar) axırına çıxır. İşsiz qalmaları bir tərəfə, dəbdəbəli və geniş villalarından canlı yayımda insanları evdə qalmağa səsləmələri hiddət doğurur”.

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov deyib.“Ümid edək ki, düzgün nəticə çıxaracağıq: həmin villalar bizim daha çox soyunanlara, anqıranlara, şıllaq atanlara və s. pərəstişimiz nəticəsində əldə olunub. Nəinki zəhmətkeşlərin, fəhlə və kəndlilərin, hətta alimlərin də belə şəraiti yoxdur. Növbə digər müftəxorların - "əvəzedilməz effektiv menecerlər"indir...” – Əkrəm Həsənov deyib.

pia.az