Fəhlə 12 gündür yoxa çıxıb - Bakıda

Paytaxtda fəhlə itkin düşüb.

Konkret.az xəbər verir ki, Sabunçu rayon sakini Gülzar İsayeva rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək Sabunçu rayon və Nizami rayon 8 km bazarında fəhlə işləyən 1973-cü il təvəllüdlü qardaşı Salman Cəlilovun itkin düşdüyünü bildirib.

O ərizəsində qeyd edib ki, qardaşı sonuncu dəfə aprelin 6-da Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsi 5 ünvanında görülüb.

Faktla bağlı araşdırma başlanıb.

pia.az