"Bu əmim qızıdır, filankəs əmim oğludur keçmir"- Mətanət Əliverdiyeva

Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva Daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edib...

PİA.az xəbər verir ki, aparıcı polislərə təşəkkür edib: "Mən müşahidə apardığım bir neçə həftə ərzində gördüklərimə görə birbaşa Daxili İşlər naziri Vilayət Eyvazova təşəkkür edirəm. Siz möhtəşəm struktur yaratmısınız. Möhtəşəm qurumunuz var. Çox sağ olun, bütün polislərə, post patrul xidməti əməkdaşlarına təşəkkür edirəm. Yollarda postlar qurulub, mükəmməl yoxlanış gedir. Bu əmim qızıdır, filankəs əmim oğludur və s keçmir. Hər kəsin sənədi yoxlanır və rahat şəkildə yola salınır. Biz insanlara isə təbəssüm lazımdır.

Heç olmasa polislərin üzünə gülək ki, onlara da xoş olsun".(yenisabah)

Həmin görüntüləri təqdim edirik:

pia.az