TƏBİB: Heç bir xəstəxanada koronavirusa kütləvi yoluxma baş verməyib

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib...

O bildirib ki, COVID- 19 xəstələrinin müalicə alındığı xəstəxanalarda həkimlər qorunmağa diqqət göstərirlər: “Yoluxma poliklinikalarda və ya ambulator sahələrdə qeydə alınır. Çünki orada qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssisələrinin birində təsərrüfat bacısı koronavirusa yoluxub. Doğrudur, həmin xəstəxana içərisində yoluxma yoxdur. Tibb bacısı virusu ailədən gətirib. Yəni onun epidemioloji analizi də bunu təsdiq edib. Bu, çox təhlükəli vəziyyətdir". (APA)

pia.az