"Xalqımıza dəstək olmalıyıq, balalarımız əziyyət çəkməsinlər" - Cavanşir Paşazadə

“Nə olsun ki, var-dövlətimiz var, evdən çıxa bilmirik...”...

“Evdə oturmaq çətindir. Rahat onda olardı ki, bu, öz istəyi ilə olaydı. Ailə başçıları düşünür ki, karantin rejimi uzun müddət çəkərsə, ailəni necə dolandıracaq... Ailəyə baxan qadınlar var, çətin vəziyyətdədirlər. Biz yalandan deyə bilmərik, hər şey yaxşıdır...”

PİA.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

“Biz bir-birimizə dəstək olmalıyıq. Əgər qonşuda ac ailə varsa, biz isə yeyib-içiriksə, bu haramdır. Allah bəlkə də bunun zülmüdür bizə verir... Gəlin nəfsimizi bir qədər azaldaq. Evimizdə dustağıq, heç yerə gedə bilmirik. Nə olsun ki, var-dövlətimiz, bahalı maşınlarımız var, istifadə edə bilmirik. O dünyaya da gedəndə nəsə apara bilməyəcəyik...Ona görə xalqımıza dəstək olmalıyıq, balalarımız əziyyət çəkməsinlər” – C.Paşazadə bildirib.(Pravda.az)

pia.az