Rusiyada həbsxanada qiyam: Dustaqlar bir-bir damarlarını kəsirlər - Fotolar

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən həbsxanaların birində qiyam baş verib...

PİA.az xəbər verir ki, qiyamda 1200 nəfərə yaxın dustaq iştirak edir. Dustaqlar onlara mütəmadi olaraq həbsxana rəisi və heyəti tərəfindən işgəncələr verildiyini, günlərlə ac saxlanıldıqlarını, habelə yemək çatışmazlığı yaşadıqlarını bəyan edib və buna görə etiraz etdiklərini bildiriblər.

“Nastoyaşaya Vremya” TV-yə internet vasitəsi ilə canlı qoşulan dustaqlar bütün bunlardan bezdiklərini, bunun artıq insanlıqdan xaric bir şey olduğunu deyərək, bir-bir damarlarını kəsirlər. İndiyə qədər bir neçə nəfərin öldüyünə dair məlumatlar var.

Maraqlıdır ki, Anqarskda yerləşən digər Cəza Çəkmə Müəssisələrinin dustaqları məsələdən xəbər tutan kimi, onlar da etirazlara başlayıblar. Bununla aksiyaçılara dəstək veriblər.

Rusiya mətbuatı yazır ki, əksər “zon”larda yanğınlar başlayıb, dustaqlar CÇM-in şəxsi heyyətini ərazidən qovublar. Məlumatlara görə, əraziyə hərbi qüvvə gətirildiyi bildirilir. Onların üsyanı yatırmaq üçün gətirildiyi deyilir. Lakin hadisələrdən xəbər tutan əhali həbsxanaların ətrafına toplaşmağa başlayıb.

pia.az