Bakıda mazut qalıqları yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazut qalıqlarının yanması barədə məlumat daxil olub...

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

pia.az