İsraildə son sutkada 410 nəfər koronavirusa yoluxdu

İsraildə koronavirusa yoluxanların sayı 10 505-ə çatıb...

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Qeyd edək ki, aprelin 10-da virusa yoluxanların ümumi sayı 10 095 nəfər olmuşdu. Ölkə üzrə ölənlərin sayı 95-ə çatıb. Yoluxanların 191-nin vəziyyəti ağırdır. Son sutkada 1 236 nəfər sağalıb.

pia.az