Milyarder Göyçayda insanlara ərzaq payladı, yardımı almağa gedənlər cərimələndi

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun təşəbbüsü ilə Göyçayda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb...

Yardımın ediləcəyi ilə bağlı elan bir neçə gün öncədən verilib.

Buna görə də ərzaq paylanan gün sıxlıq yaranıb. Yardımı almağa gedənlərin bir neçəsinə xəbərdarlıq edildiyi, digərlərinə də cərimə tətbiq olunduğu deyilir. Bildirilib ki, bu qədər insanın bir yerə toplaşması karantin rejiminin pozulmasıdır.

Qeyd: Nazirlər Kabineti yanında Operariv Qərargahın məlumatında qeyd olunub ki, vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.(pravda.az)

pia.az