Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni istifadəçilər tərəfindən yükləməyi tövsiyə edir...

Mərkəzdən verilən məlumata görə, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu sertifikat kompyuterə yüklənilməlidir.

Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

İstifadə təlimatı ilə bu ünvandan tanış olmaq olar http://www.e-imza.az/uploads/instructions/Kok_Merkez_Sertifikat%C4%B1.pdf

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin, "elektron imza"dan istifadə tam pulsuzdur. Bir dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

pia.az