Göyçayda üç avtomobil toqquşub, xəsarət alanlar var - Foto

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

"Opel", "BMW" və "VAZ 21011" markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

pia.az