Nazirlər Kabineti: Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var

"Bu gün 3 aylıq ərzaq tədarükümüz var. Hətta özümüzü 6 aya kimi sığortalamışıq"...

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: "Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər".

pia.az