TƏBİB sədri qan donorlarına müraciət edib

"Bu gün üçün qan təlabatı çox mühümdür. Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur. Bundan da narahatıq"...  

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, qan elə vasitədir ki, ödəniş edib almaq olmur:

"Donorlara üzümü tutub deyərdim ki, bu nəcib əməlinizi yenə də davam etdirin. Onların qan alan zaman bütün təhlükəsizlikləri təmin edilir. Vətəndaşlar daha humanist olmalıdır".

pia.az