Azərbaycan səfirliyi Boris Consona qısa zamanda sağalmağı arzulayır

Azərbaycanın Londondakı səfirliyi Böyük Britaniyanın Baş naziri Boris Consona tezliklə sağalmağı arzulayıb...

Bu barədə diplomatik nümayəndəlik “Twitter” səhifəsində yazıb.

“Baş nazir Boris Consona ən qısa zamanda sağalmağı diləyirik. Düşüncələrimiz və dualarımız onunla, eləcə də COVID-19 ilə mübarizə aparan hər kəslədir”, - məlumatda deyilir.

Daha əvvəl koronavirusa yoluxmuş Böyük Britaniya Baş naziri Boris Consonun vəziyyətinin ağırlaşdığı, reanimasiya şöbəsinə köçürüldüyü bildirilmişdi.(report)

pia.az