Ülvi Quliyev: "Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!" — Video

"Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!"...

PİA.az xəbər verir ki, bu fikirləri sosial aksiyaya qoşulan Milli Məclisin deputatı Ülvi Quliyev özünün "facebook" hesabında yazıb.

Millət vəkilinin paylaşdığı videoçarxda bu sözlər deyilir:

"Səbr elə, Azərbaycan! Yenə küçələr, parklar, şəhərimiz canlanacaq. Yenə hər kəs işinin başında olacaq. Bayrağımız başımızın üstündə dalğalanacaq, yenə bütün dünya ölkəmizə toplaşacaq. Çün ki biz Azərbaycanıq. Doğmalarımızla bu günlərdə yan-yana gələ bilməsək də, onlarla eyni səma altında olduğumuzu düşünərək, sayılı günlərə səbr edək. Bütün gözəllikləri sevdiklərimizlə birlikdə yaşamaq, əzizlərimizə qovuşmaq üçün bir müddət daha evlərimizdə qalaq".

pia.az