Paytaxtda MSK-ya məxsus avtomobili oğurlayan şəxs tutulub - DİN -Yenilənib

Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb...

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən PİA.az-a verilən məlumata görə. aprelin 2-i saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Qeyd: Avtomobil Mərkəzi Seçki Komissiyasına məxsus olub.

***

PİA.az-ın məlumatına görə, MSK-ya məxsus “Chrysler” markalı, 10-AS-301 dövlət nömrə nişanlı maşın qaçırılıb.

Faktla bağlı araşdırılma aparılır. (Oxu.az)

pia.az