“İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur” - İbrahim Məmmədov

“Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”...

PİA.az xəbər verir ki, bunu Real TV-yə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Nazirlər Kabinetinin rəsmisi bildirib ki, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

“İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər, Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.

pia.az