Səfir: "Avstraliya Dağlıq Qarabağdakı "seçkilər"i tanımır"

“Avstraliya Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır”...

Bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun “Twitter”də bildirib.

“Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır. Danışıqlar yolu ilə həllə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun rolunu davam etdirməsi həmişəkindən daha vacibdir”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana akkreditə olunub.(apa)

pia.az