Türkiyədə koronavirusla bağlı serial çəkilir

TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib...

Koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyə əhalisinin böyük əksəriyyəti, o cümlədən aktyorlar vaxtlarını evlərində keçirirlər.

PİA.az xəbər verir ki, bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib.

Hazırda dünyanın ən aktual şüarı olan "Evdə qal!”a uyğun olaraq "Ev halı” adlı serial sənətçilərin evlərindən çəkdikləri videolar əsasında hazırlanır.

Serialın prodüser, ssenarist və rejissorluğunu öz üzərinə götürən Birol Güven həm də baş rolun ifaçısıdır. Bu barədə danışan B.Güven yeni ekran əsərinin insanların xəstəliklə bağlı maarifləndirilməsi, evdə keçirdikləri vaxtın səmərəli istifadəsi baxımından da əhəmiyyətli olduğunu bildirib. (AZƏRTAC)

pia.az