Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır - 571 nəfər

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 571 nəfərə çatıb...

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində ölkədə 39 yeni yoluxma faktı qeydə alınıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bu günədək virusa yoluxmuş 31 nəfər sağalıb, 3 nəfər vəfat edib.

pia.az