Sakinlər Yasamal RİH-nin dezinfeksiya işləri aparmadığını iddia edir – Rəsmi açıqlama

Yasamal Rayon İcra Hakimiyyəti “Facebook” səhifəsində rayon ərazisində dezinfeksiya işləri apardığını bəyan etsə də, sakinlər vəziyyətin belə olmadığını bildirmiş və öz ünvanlarında bu mənzərəni əks etdirən fotoları şərhlərə əlavə etmişdilər...

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, sözügedən sakinlərin şikayətləri araşdırılıb və həll edilib:“Sözügedən postun altına vətəndaşların yazdıqları şərhlərdən xəbərdarıq. Araşdırmışıq və həmin ərazilərdə dezinfeksiya işləri aparmışıq. Dezinfeksiya işləri mütəmadi aparılır. Son iki gün ərzində dezinfeksiya tədbirləri daha da gücləndirilib və demək olar ki, rayon ərazisini bütövlükdə əhatə edib. Vətəndaşlar da şifahi və yazılı bizə müraciət edirlər, əgər dezinfeksiya işləri harada aparılmayıbsa dərhal araşdırıb tədbir görürük”.

Qurumdan bildirilib ki, dezinfeksiya işləri aparmağa imkanı çatmayan MTK-larda da bu işi icra hakimiyyəti görür:“MTK-ların da bir qismi öz təşəbbüsü ilə bu dezinfeksiya işlərini aparıblar. Buna imkanı çatmayan MTK-larda isə belə tədbirlər rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib”.Yasamal Rayon İcra Hakimiyyətinin martın 18-də paylaşdığı sözügedən post və şərhlərlə buradan tanış ola bilərsiniz.

pia.az