İtaliyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

İtaliyanın Azərbaycandakı səfirliyində koronavirusdan ölənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib...

İtaliyanın Azərbaycandakı səfirliyində koronavirus pandemiyasından həyatını itirənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib.

PİA.az-ın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Bu gün bizim səfirliyin, həmçinin İtaliyadakı və xaricdəki bütün dövlət orqanlarının bayraqları COVID-19 epidemiyasının qurbanlarının xatirinə yarıya qədər endirilir. Biz bu pandemiya ilə üzləşən digər xalqlarla həmrəylik içindəyik", - səfirlik qeyd edib. (APA)

pia.az