MSK- ya 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların sayı açıqlanıb

Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 32-si maliyyə hesabatını MSK-ya təqdim edib...

APA-nın MSK-nın saytımna istinadən verdiyi məlumata görə, bu günə qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-i maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

pia.az