Şirvanda “Seyid Sadiq” ləqəbli narkotacir tutulub - Foto

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmetdi oğlu saxlanılıb. Seyidsadiq Ağami barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.

pia.az