Milli Məclisdə koronavirusla mübarizədə çalışan həkimlərə status verilməsi təklif edildi

Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilməsi təklif olunur...
###reklam250###

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

PİA.az-ın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında" qanunun müzakirəsi zamanı deyib.

M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: “Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”. (APA)

pia.az