Fransada keçmiş nazir koronavirusdan öldü – 75 yaşında

Fransanın keçmiş sənaye naziri Patrik Devecyan 75 yaşında koronavirusdan ölüb...

Məlumatı yerli hakimiyyət yayıb.

Bildirilib ki, bir həftə öncə Devecyan “Twitter” səhifəsində koronavirusa yoluxduğunu yazıb. O, ismarıcında həkimlərin yardımı ilə səhhətinin stabilləşdiyini vurğulayıb.

Qeyd edək ki, Fransada 37 575 nəfər koronavirusa yoluxub, infeksiyadan 2 314 nəfər ölüb. (Report)

pia.az