“Pandemiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil”

Ümumdünya Səhiyyə Təşkilatından bədbin açıqlama...

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin edə bilmir. Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – rəhbər bildirir.Martın 11-də ÜST yeni COVID-19  infeksiyasını pandemiya elan etdi. Son məlumata görə, indiyədək dünyada 465 mindən çox insan yoluxub, 21 mindən çox insan isə dünyasını dəyişib.

pia.az