Ağdamda gənc oğlan həmyerlisini bıçaqlayıb

Ağdamda bıçaqlanma hadisəsi baş verib...

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E.Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az