Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib...
###reklam250###

Bu barədə APA-ya Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib. 

Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib. 

 R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin.

pia.az