Rusiyada koronavirusa yoluxanların sayı 840 nəfərə çatdı

Bu barədə “Meduza” Rusiya Federasiyasının koronavirusla mübarizə ilə əlaqədar operativ qərargahına istinadən xəbər verir...
###reklam250###

Rusiyada bir gündə 182 insana koronavirus diaqnozu qoyulub.

Yoluxma halları ölkənin 56 bölgəsində 840 nəfərdə aşkarlanıb.

İnfeksiyaya ən çox yoluxma Moskvada müəyyən edilib - 136 nəfər.

Qərargah Moskvada koronavirus nəticəsində ilk iki ölüm hadisəsini təsdiqləyib.

Rusiyada, ümumilikdə, koronavirusa yoluxan 38 nəfərin sağaldığı bildirilir.

pia.az