Koronavirusdan qorunmağın 8 ən effektiv üsulu

Türkiyənin tanınmış ürək həkimi professor Mehmet Öz koronavirusdan qorunmağın yollarını açıqlayıb...

 

###reklam250###

PİA.az xəbər verir ki, Mehmet Öz Çinin Uhan şəhərində ortaya çıxan və bu günə qədər 17 min insanın ölümünə səbəb olan COVİD-19 virusundan qorunmağın mümkün olduğunu bildirib.

“Bu virusdan qaçmaq mümkün deyil. Onsuz da hamımız yaxalanacağıq. Amma nə qədər gec yaxalansaq, o qədər yaxşıdır”- deyən professor bildirib ki, öncə sağlıqlı həyat tərzi keçirmək vacibdir.

“Hər şeydən əvvəl bədənimiz müqavimətə hazır olmalıdır. İdman etmək və düzgün qidalanmaq lazımdır. Meyvə və göyərtini bol yeyin. Sarımsaq, qatıq, kefir, yaşıl və başqa qidalardan istifadə edin”-Mehmet Öz bildirib.

Dünya şöhrətli alim koronavirusdan qorumağın 8 yolunu göstərib:

1. Özünüzü təcrid edin. Virusla ən gec təmas edənlər ən şanslılar olacaq.2. Şəxsi gigiyenanıza diqqət edin.3. Bol meyvə və göyərti yeyin.4. İmmunineti gücləndirən sarımsaq, kefir, qatıq yeyin.5. İmmunineti gücləndirmə xüsusiyyəti olan vitaminlər qəbul edin. Məsələn, Beta qlükanlar, C vitamini, sink, qara qarağat ekstraktı.6. Hərəkət edin və evinizdə idman edin.7. Siqaret çəkməyi tərgidin.8. Bol su için. (cebhe.info)

pia.az