“Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur”

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonu ərazilərində “Abonentlərin nəzərinə xəbərdarlıq”, “İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” kimi ünvanı məlum olmayan elanlara rast gəlinir...
###reklam250###

Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə Yeni Sabah-a qurumdan məlumat verilib.

Bildirilir ki, “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma,təmir-tikinti,elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

pia.az