Şeyx Məktumun arvadları: Aişə (Natalya) Əliyeva və Zeynəb Cavadlı... 

Birləşmiş Ərəb Əmirliklərinin hakim sülaləsinin üzvü, şeyx Səid bin Maktum əl-Maktumun adı bir neçə il əvvəl azərbaycanlı gimnast Zeynəb Cavadlını özünə üçüncü arvad kimi alması ilə gündəmə gəlmişdi
###reklam250###

Şeyxin azərbaycanlı soyadı daşıyan daha bir arvadı Belarusun Smoleviçi qəsəbəsində anadan olub. İndi Rusiya mətbuatı bir vaxtlar oteldə gənc qız kimi ofisiant işləyən bu belaruslunun taleyinin şeyxlə təsadüfi görüşdən sonra necə dəyişdiyini yazır.

Virtualaz.org xəbər verir ki, Natalya Əliyeva orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyə qərar verib - Belarus Bədən Tərbiyəsi Akademiyasında təhsil alıb. Bir çox tələbələr kimi o da iş axtarmağa başlayıb, bir müddət “Minsk” otelində ofisiant işləyib. Həyatını tamamilə dəyişən görüş isə 2007-ci ildə baş verib. O vaxt Natalyanın cəmi 19 yaşı var idi.

Həmin gün iş növbəsində olan qız atıcılıq yarışlarında iştirak etmək üçün Minskə gələn BƏƏ-nin hakim sülaləsinin üzvü, ərəb şeyxi Səid bin Maktum əl-Maktumla görüşüb. Şeyx öz otağını tərk etməyib, özü ilə birlikdə gətirdiyi dörd aşpaz ona qulluq edib. Natalya şeyxin istəyilə onun otağına portağal suyu gətirib. Ofisiant qızla söhbət şeyxi o qədər cəlb edib ki, ingilis dilini zəif bilməsinə və ciddiliyinə baxmayaraq, şeyx onu nahar etməyə və atıcılıq klubunda vaxt keçirməyə dəvət edib. Bütün bunlardan sonra Səid bin Maktum əl-Maktum Natalyanın valideynləri ilə tanış olub və qızı atasından istəyib.

Natalya şeyxlə evlənməyi özü istəyib və valideynləri də buna mane olmayıblar. Toy Minskdə baş tutub və cütlük bal ayından sonra Kiprə, oradan da Dubaya gedib. Natalya İslam dinini qəbul edib və adını dəyişdirib. İndi onun adı Aişədir. O, şeyxin yeganə arvadı deyildi, ondan əvvəl şeyxin arvadı və 5 uşağı var idi.

Nəşr yazır ki, əvvəlcə ərinin başqa arvadının olmasını qəbul etmək Natalya üçün çətin olsa da, zaman keçdikcə onunla ortaq bir dil tapıb, hətta dost olublar.

Hazırda cütlüyün Səid bin Maktum əl-Maktumun anasının adını daşıyan Aliyə adlı bir qızı var. Aişə uşağını dayəyə etibar etmədiyinə görə özü tərbiyə edir. Həyat yoldaşı ondan üzünü örtməsini tələb etmir, azadlığını məhdudlaşdırmır, onun bir neçə şəxsi avtomobili və sürücüsü var. Mənbə yazır ki, Aişə şeyxlə evlənməsindən, taleyindən məmnundur. Valideynləri ildə bir neçə dəfə qızlarına baş çəkir, onu ziyarət edirlər.

Qeyd edək ki, 2015-ci ildə ərəb şeyxi yenidən evlənib. Azərbaycandan olan gimnast Zeynəb Cavadlı onun üçüncü həyat yoldaşıdır.

pia.az