Gürcüstanda koronavirusa yoluxanların sayı 54 nəfərə çatıb

Gürcüstanda yeni tip koronavirusa (Covid-19 )yoluxan şəxslərin sayı 54 nəfərə çatıb...
###reklam250###

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında bildirilib.

Hazırda ölkə üzrə karantinə alınanların sayı 1966 nəfər təşkil edir, 259 nəfər isə stasionar şəraitdə müalicə alır.

Qeyd edək ki, ölkədə virusa yoluxma ilk dəfə fevralın 26-da təsdiqlənib.

pia.az