ABŞ İrana: “Koronavirus sizi sanksiyalardan xilas etməyəcək”

“İran virusun yayılmasının mərkəzi və həqiqi iqtisadi fəlakətlə üz-üzə qalsa da, sanksiyalardan azad olunmamalıdır”...
###reklam250###

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, bunu Yeni Amerika Təhlükəsizlik Mərkəzinin proqram direktoru Elizabet Rozenberq bildirib.

İran koronavirusun ən çox ziyan vurduğu Yaxın Şərq ölkəsidir, ölənlərin sayı 1.284 nəfərə çatıb və hər 10 dəqiqədən bir kimsə ölür, hər saatda 50 nəfər virusa yoluxur.

Bu, İslam Respublikası Səhiyyə Nazirliyinin məlumatıdır.

“Maksimum təzyiq” kampaniyasının humanitar malların axınını dayandırmadığını iddia edən ABŞ bu həftə yeni sanksiyalar tətbiq edib. Tramp administrasiyası İranın neft-kimya məhsullarının satışı ilə məşğul olan 5 şirkəti “qara siyahı”ya salıb.

ABŞ-ın İran işləri üzrə xüsusi nümayəndəsi Brayan Huk jurnalistlərə bildirib: “Vaşinqton Tehrana koronavirusla bağlı kömək təklif edən diplomatik nota göndərib, lakin nota rədd edilib”.

pia.az