Sığorta şirkətlərinin kapitalının minimum məbləğinə dair tələblər müəyyənləşib

Mərkəzi Bankın İdarə Heyəti “Sığortaçının tələb olunan kapitalının minimum məbləği”nin müəyyən edilməsi barədə” qərar verib...
###reklam250###

PİA.az-ın məlumatına görə, qərar martın 18-dən qüvvəyə minib.

Qərara əsasən, sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilib:

- Qeyri-həyat sığortası fəaliyyəti üzrə - 5 milyon manat;

- Həyat sığortası fəaliyyəti üzrə - 10 milyon manat;

- Müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə - 20 milyon manat;

- Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə - 5 milyon manat;

- Aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən müştərək sığortaçı üçün – 1 milyon manat. (APA)

pia.az