ABŞ hökuməti: Koronavirus pandemiyası 18 ay davam edə bilər

ABŞ hökumətinin gizli hesabatına görə, koronavirus pandemiyası 18 ay davam edə bilər və dünyada tibbi ləvazimat çatışmazlığına yaranma ehtimalı var...

Chris Riotta

“The Independent” qəzeti, 18 mart 2020-ci il

Pandemiya ilə mübarizə planı ABŞ prezidentinə geniş səlahiyyətlər verərkən, virusun ABŞ cəmiyyətinə çoxlu dalğalarla təsir edəcəyini də ortaya qoyub.

ABŞ administrasiyasının gizli bir hesabatına görə, koronavirus pandemiyası 18 aya qədər ölkəni öz təsiri altında saxlayaraq həyati önəm daşıyan tibbi avadanlıqların tükənməsinə və xəstəliyin cəmiyyətə müxtəlif dalğalarla zərbə vurmasına səbəb ola bilər.

Bir nüsxəsi “New York Times” tərəfindən alınan 100 səhifəlik, qorxulu hesabata görə, pandemiya bütün ölkəyə yayılarkən əyalət və yerli idarəetmələrlə kritik önəm daşıyan struktur və kommunikasiya kanalları təzyiq altında qalacaq və etibarlılığı daha da azalacaq.

Hesabatda, həmçinin qeyd olunur ki, bu təzyiq yenilənən bildirişlərin alınması və səlahiyyət sahələrinə qarşı rəhbərliyin koordinasiyası üçün daha çox çətinlik yarada bilər.

“New York Times”a əsasən, hesabat cümə günü, yəni Donald Trampın Kovid-19-lə əlaqədar milli fövqəladə vəziyyət elan etdiyi gün yayımlanıb. O vaxtdan bəri, 50 ştatın hər birində yüngül qripin tipik simptomlarını (burun axması, nəfəs darlığı və aşağı temperatur) göstərən, lakin bəzi hallarda sətəlcəm və ya tənəffüs darlığı kimi ağır simptomlar göstərərək ölümcül hala gələ bilən bəzi viruslar təsbit edilib.

Federal hökumət hesabatda koronavirusun ABŞ-a çoxsaylı dalğalar şəklində təsir edəcəyini bildirir. Rəhbərlik üçün bir hərəkət planı olan bu hesabatda ölümcül xəstəlikdən əziyyət çəkən xəstələrə görə pis vəziyyətdə qalan xəstəxanalara hansı qurumların kömək edəcəyi qısaca bildirir.

Planda: “Tibbi ləvazimatlar tükənə və təcili yardım xidmətlərində qıtlıq yarana bilər. Bu baxımdan diaqnoz, tibbi avadanlıqlar (fərdi qoruyucu vasitələr və dərmanlar) və bəzi sahələrdə işçi çatışmazlığı kimi problemlər də özünü göstərə bilər.

NPR-nın (Milli İctimai Radio) məlumatına görə, Tramp administrasiyası xilasetmə paketini təxminən 1 trilyon dollara qədər artırıb. Bu məbləğin böyük bir hissəsi çərşənbə axşamı günortadan sonra Ağ Evdə keçirilən mətbuat konfransında irəli sürülən ideyaya uyğun olaraq bütün amerikalılara (milyonerlərdən başqa) veriləcək 1000 dollarlıq çeklərə xərclənəcək.

ABŞ-da bu vaxtadək təsbit edilmis koronavirus hallarının sayı 6413 olub və ən azı 94 nəfər ölüb.

ABŞ-ın səhiyyə rəsmiləri qocaların və sağlamlıq problemləri olan insanların daha çox risk altında qaldıqlarını, gənclərin isə ümumiyyətlə virusun ən pis təsirlərinə belə davamlı olduqlarını bildiriblər.

Planda bildirilir ki, pandemiyaya qarşı əyalətlərə kömək etməsi üçün prezidentin də bir sıra səlahiyyətləri artırılıb. Yəni prezidentin, məsələn, tibbi ləvazimatları Milli Strateji Ehtiyatlardan çıxarmaq və Baş Komandana tənəffüs cihazları kimi vasitələrin istehsalını artırması üçün icazə vermək səlahiyyəti var.

Prezident Tramp çərşənbə axşamı verdiyi açıqlamada deyib ki, virusun artması ehtimalına qarşı xəstəxanalar hazırlanmasını tələb edən Nyu-York kimi ştatlar üçün bu məqsədlə ABŞ ordusuna təlimat verilib.

Tramp: “Ordu Mühəndis Birlikləri hazırlıqlı, istəkli və bacarıqlıdır. Ehtiyac olduqda onları göndərməliyik. Düşünürük ki, bir neçə birliyi çox sürətli şəkildə hazırlaya bilərik”.

Adminstrasiyanın qlobal epidemiya ilə apardığı mübarizəyə nəzarət edən vitse-prezident Mayk Pens deyib:

“Nyu-York administrasiyası mövcud binaları yenidən qura biləcək Ordu Mühəndis Birliklərini qiymətləndirməyimizi tələb edir. Bununla yanaşı, prezident bizdən sahə xəstəxanası və ya Səyyar Ordu Xəstəxanaları (MASH) kimi tanıdığınız və tezliklə hazırlana bilən xəstəxanaların da hesabatını tələb edib”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az