Koronavirusa görə dünya iqtisadiyyatı çökə bilər?

Ölkələrin özlərini təcrid edərək iqtisadi əlaqəıəri məhdudlaşdırması dünyada qlobal səviyyədə qıtlıq yarada bilərmi?.. 
###reklam250###

İqtisadçı-ekspert: “Bu dövrdə dünya iqtisadiyyatının çökməsi biraz çətin məsələdir”.

“Koronavirus bir neçə ay davam edəcək. Yəni bu virus ən az 2-3 ay davam edəcək vəziyyətdədir”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı koronavirusun dünya iqtisadiyyatına edəcək təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Əvvəl Çini, sonra da demək olar ki, bütün dünyanı ağuşuna alan koronavirus epidemiyası əhalinin sağlamlığıyla yanaşı, həm də ölkələrin iqtisadi sisteminə də ciddi zərbə vurur. İstehsal və istehlak nəhəngi olan Çində yayılmış bu epidemiya uzun sürərsə, dünyanın təsərrüfat və maliyyə müstəvisində ciddi sarsıntılar yaşana bilər. Bunu istər Çin, istərsə də digər iqtisadi güclər yaxşı anlayırlar.

İndi koronavirus pandemiyası dünyanın iqtisadi sistemini sürətlə dağıtmaqdadır. Sərhədlər bağlanır, iqtisadi əlaqələr müvəqqəti də olsa, sıfırlanır.

Bu durum bir neçə ay davam edərsə, dünya iqtisadiyyatı çökə bilərmi və dünyada qlobal səviyyədə qıtlığın yaranması mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallı ilə müzakirə edib.

Toğrul Maşallı: “Əvvəl Çin iqtisadiyuatında başlayan azalma, indi də dünya iqtisadiyyatı üzrə müşahidə ediləcək”.

Bu vəziyyətin ilin ikinci yarısına keçəcəyinin, yaxud da keçməyəcəyinin bilinmədiyini vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, əgər epidemiya bir neçə ay ərzində səngisə belə, bu ilin nəticələrinə əsasən deyə bilərik dünya iqtisadiyyatı kiçiləcək Amma əgər keçməsə, o zaman mümkündür ki, il ən azı heç bir artım olmadan, yəni azalma da olmadan qeydə alınsın:

“Koronavirus bir neçə ay davam edəcək. Yəni bu virus ən az 2-3 ay davam edəcək vəziyyətdədir. Bu dövrdə dünya iqtisadiyyatının çökməsi biraz çətin məsələdir. Dünya iqtisadiyyatının çökməsi üçün problemin uzun müddət davam etməsi gərəkir.

Amma refleksiya olacaq. Yəni refleksiya istehsalın azalması, dayandırılması deməkdir. Misal üçün indiki halda sərhədlərin bağlanması, bütün ölkələr üzrə karantin elan edilməsi, ölkələrin öz güclərini başqa sahələrə yönəltməsi istehsalın azalacağı deməkdir.

Toğrul Maşallı: “İndiki halda sərhədlərin bağlanması, bütün ölkələr üzrə karantin elan edilməsi, ölkələrin öz güclərini başqa sahələrə yönəltməsi istehsalın azalacağı deməkdir”.

Məlumdur ki, İtaliyada bir neçə müəssisə tibbi avadanlıqlar istehsal etməyə başladı. Yəni həmin müəssisələr başqa avadanlıqlar istehsal etmirlər. Bu da nəticə etibarilə istehsal olunan digər məhsulların azalması deməkdir. Əvvəl Çində başlayan iqtisadi azalma, indi də dünya iqtisadiyyatı üzrə müşahidə ediləcək .

Məsələ ondadır ki, bu vəziyyət ilin ikinci yarısına keçəcəkmi keçməyəcəkmi bilinmir. Əgər keçsə, əlbəttə ki, bu ilin nəticələrinə əsasən deyə bilərik ki, dünya iqtisadiyyatı kiçiləcək. Amma əgər keçməsə, o zaman mümkündür ki, dünya iqtisadiyyatı, o cümlədən dünya ticarəti ciddi böhran yaşasın. Bu böhran iqtisadiyyayın bütün sahələrini ıhatə edəcək”.

Nərminə UMUDLUpia.az