Mingəçevirdə zəhərlənmə faktı qeydə alınıb

Bərdə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib...
###reklam250###

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir şəhərində baş verib.

Belə ki, Bərdə rayon sakini 1986-ci il təvəllüdlü İsayeva Dürdanə Sabir qızı zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun hansı səbəbdən zəhərləndiyi bilinmir.

Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

pia.az