Avropada koronavirusun miqyası böyüyür

Qazaxıstan, Rusiya, Litva, Albaniya, Hollandiya, Belçika, Portuqaliya və Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb...
###reklam250###

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virus daşıyıcılarının sayı Qazaxıstanda 3, Rusiyada 45, Litvada 6, Albaniyada 33, Hollandiyada 804, Belçikada 556, Portuqaliyada 112, Böyük Britaniyada isə 798 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 139 285-ə çatıb. Bunların 70 729 nəfəri sağalıb, 5 117 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az