“Natəvanın abidəsi bərpa ediləcək”-Vaterlo şəhərinin meri

Vəziyyət nəzarət altındadır...
###reklam250###

Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

AzərTAc xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib.

O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək: "Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.

pia.az