Oğuzda çaqqal 17 yaşlı oğlana hücum edib

Oğuzda 17 yaşlı oğlana yırtıcı heyvan hücum edib...
###reklam250###

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Murad Seyidəhmədov yaşadığı kəndin ərazisində çaqqalın hücumuna məruz qalıb. Çaqqal M. Seyidəhmədovun sağ ayağının diz nahiyəsindən dişləyib. M. Seyidəhmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub.

pia.az