Yeni parlament işinə başladı - Dəyişikliklərdən nə gözləmək olar?

Yenidən formalaşan parlamentin işində və simasında hansısa yeni keyfiyyət və siyasət gözləniləndirmi?
###reklam250###

Politoloq: “Yeni parlamentdən ciddi mənada gözləntilərim yoxdur. Düşünürəm ki, yeni parlament keçid dönəminin parlqmenti olacaq”.

“Oqtay Əsədovun və Ziyafət Əsgərovun Milli Məclisin rəhbərliyindən uzaqlaşdırılması parlamentin yeni görüntüsünü yaratmaqdan başqa bir şey deyil”.

Bu sözləri politoloq Natiq Cəfərli dünən ilk iclasını keçirən Milli Məclisi və rəhbərliyini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən VI çağırış Milli Məclisin ilk iclasında parlament sədri və vitse-spikerlər müəyyənləşib. Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər.

Parlamentin işində və simasında hansısa yeni keyfiyyət və siyasət gözləniləndirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Deputatların böyük əksəriyyətinin yenə də geosiyasi maraqların təmin olunması üçün seçildiyini nəzərə alaraq, bu parlamentin gələcək müsbət perespektivini görmürəm ”.

Bəzi səbəblərdən yeni parlamentə o qədər də böyük ümidlərin olmadığını vurğulayan pilotoloq bildirib ki, parlament seçkiləri Azərbaycanda tam demokratik qaydada keçirilmədi və xalqın həqiqi mənada seçimini özündə əks etdirmədi:

“Yeni parlamentdən ciddi mənada gözləntilərim yoxdur. Düşünürəm ki, yeni parlament köhnə parlamentin davamı olacaq. Əslində düş1n1rəm ki, bu parlament keçid dövrü üçün nəzərdə tutulub. Sadəcə spiker və birinci vitse spikerin rusiyameylli siyasətçi olmaları bir az təşviş yaradır. Çünki Azərbaycan həmişə zərbəni Rusiyadan alıb.

Doğrudur spikerin müavinləri vəzifəsinə gətirilən insanların içərisində milli dəyərlərə sahib çıxan insanlar da var. Amma yaxşı olardı ki, rəhbərliyə daha çox milli dəyərlərə bağlı olan, insanlarımızın birbaşa etimad göstərə biləcəyi insanlar seçillsinlər.

Açığı deyim ki, bəzi səbəblərdən yeni parlamentə o qədər də böyük ümidlərim yoxdur. Ümidlər o zaman yaranmış olardı ki, parlament seçkiləri Azərbaycanda tam demokratik qaydada keçirilərdi və xalqın həqiqi mənada seçimini özündə əks etdirərdi. Bu seçkilərdə xalqın haqqı qismən tanındığı üçün və deputatların böyük əksəriyyətinin yenə də geosiyasi maraqların təmin olunması üçün seçildiyini də nəzərə alaraq, bu parlamentin gələcək müsbət perespektivini görmürəm.

Natiq Miri: “Yeni insanların parlamentin rəhbərliyinə gətirilməsi mahiyyət etibarı ilə heç nəyi dəyişdirməyəcək”.

Onu da qeyd edim ki, Oqtay Əsədovun və Ziyafət Əsgərovun Milli Məclisin rəhbərliyindən uzaqlaşdırılması parlamentin yeni görüntüsünü yaratmaqdan başqa bir şey deyil. Çünki əgər köhnə rəhbərlik yenə də rəhbərlikdə qalmış olardısa, təbii ki, parlamentin yeniliyi haqqında danışmaq mümkün olmazdı. Buna görə düşünürəm ki, bu məcburi bir addımdır. Yeni görüntü yaratmaq üçün o insanların yerinə başqaları gətirilməli idi.

Onu da qeyd edim ki, yeni insanların parlamentin rəhbərliyinə gətirilməsi mahiyyət etibarı ilə heç nəyi dəyişdirməyəcək. Əgər hakimiyyətin qollarında müstəqil iradə yoxdursa, ondan hansısa müstəqil addımların atılmasını gözləmək doğru olmazdı”.

Nərminə UMUDLUpia.az