"Azercell" fakturasız xətt abunəçilərinə daha bir xüsusi endirim təklif edib

“Azercell Telekom” şirkəti Novruz bayramı ərəfəsində bayram çərşənbəsində fakturasız xətt abunəçilərinə daha bir xüsusi endirim təklif edir...
###reklam250###

Şirkətdən verilən məlumata görə, endirim kampaniyası çərçivəsində fakturasız xətt abunəçiləri bu gün, mart ayının 10-u, çərşənbə axşamı “Aylıq 30 GB” internet paketinə qoşularkən 20% xüsusi endirimdən yararlanmaq imkanı əldə edir.

Xatırladaq ki, “Azercell” fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20%, “Limitsiz Gecə” paketinə isə 50% təqdim edib.

Əlavə məlumat: https://www.azercell.com/az/personal/campaigns/monthly/novruz_endirim_yel/.

pia.az