Xameneinin Novruz çıxışı təxirə salındı

İranın ali rəhbəri Seyid Əli Xameneinin ənənəvi Novruz çıxışı koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb...
###reklam250###

“Report” “Mehr”ə istinadən xəbər verir ki, hər il martın 21-i Məşhəd şəhərində təşkil edilən çıxış təxirə salınmaqla yanaşı, vətəndaşlardan bayramla əlaqədar o şəhərə səfər etməmələri tövsiyə olunub. İranda koronavirusdan ölənlərin sayı 237 nəfərdir. İndiyədək yoluxanların sayı isə 7 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

pia.az