Kəbənin qapıları dezinfeksiyadan sonra yenidən zəvvarlar üçün açıldı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbədə dezinfeksiya tədbirləri başa çatıb...
###reklam250###

Artıq müqəddəs ziyarətgahın qapıları zəvvarlar üçün açılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Kəbə evi dərmanlanıb və əhatəli təmizlik işləri həyata keçirilib.

Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə bir neçə gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Kəbədə dezinfeksiya işlərinə başlanılmışdı.(oxu.az)

pia.az